Rusiya nüvə silahından istifadə etməyəcək - Peskov

09:38 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynada heç bir halda orada nüvə silahından istifadə etmək fikrində deyil.

Hafta.az-ın məlumatına görə, bu barədə "PBS" televiziya kanalında müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Heç kim nüvə silahının istifadəsini, hətta onlardan istifadə etmək fikrini də düşünmür", - deyə o vurğulayıb.

Rusiyanın nüvə doktrinasından danışan D.Peskov xatırladıb ki, Rusiya “nüvə silahından yalnız Rusiyanın mövcudluğuna təhlükəni aradan qaldırmaq lazımdırsa istifadə edə bilər və istifadə edəcək".